Titanik gəmisinin bütün detalları ÜZƏ ÇIXDI - FOTOLAR
    • 19-05-2023, 13:01
    • 421

Titanik gəmisinin bütün detalları ÜZƏ ÇIXDI - FOTOLAR

Titanik qəzası dənizçilik tarixində baş vermiş ən məşhur və uğursuz gəmi qəzalarından biridir. Buna görə də qəzanın qalıqları üstündən düz 111 il keçməsinə baxmayaraq hələ də maraq oyatmağı bacarır.

News24.az xəbər verir ki, Britaniyanın "White Star Line" şirkətinə məxsus olan və idarə etdiyi lüks okean layneri 1912-ci il aprelin 15-də səhər saatlarında Atlantik okeanında aysberqlə toqquşduqdan sonra faciəvi şəkildə batdı. Bu dəhşətli qəza nəticəsində gəmidə olan 2224 nəfərdən təxminən 1517-si həyatını itirib.

Alimlər Titanik gəmisinin 3D modelini yaradıblar. BBC-nin xəbərinə görə, bu model uzaqdan idarə olunan gəmilər tərəfindən çəkilmiş 700 min fotoşəkildən ibarətdir. Mühəndislər qrupu 200 saat robot-kəşfiyyatçılara bələdçilik edərək, okeanın 3800 metr dərinliyində olan nəhəng gəmini ən xırda təfərrüatlarını skan edib.

Aynurə