-
- 12-05-2024, 16:41
- 190
Azərbaycan iki ölkəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliyaya başsağlığı verib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsində paylaşım edilib.
“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar və dağıntılar nəticəsində insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Braziliyanın Riu-Qrandi-du-Sul əyalətində daşqınlar nəticəsində 70-dən çox insan həyatını itirib.
Azərbaycan XİN Əfqanıstana da başsağlığı verib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - deyə XİN-in "X" hesabındakı digər paylaşımda bildirilib.