-
- 19-05-2023, 13:50
- 376
Sülhə nail olmaq üçün əsas şərt budur - Lavrov ELAN ETDİ
“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bugünkü üçtərəfli görüşünün əsas mövzusudur”.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlar mühüm əhəmiyyətə malikdir. Bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır. Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”, - Lavrov bildirib.
Nazir qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda tarixi rol oynayıb və ciddi maraqları var. Onun sözlərinə görə, Moskva regionda sülh və sabitliyin yekun bərqərar olmasına töhfə verməyə hazırdır və Rusiya qarşıdan gələn tədbirlərin faydalı olması və konkret nəticələr əldə etmək üçün əlindən gələni etməyə çalışacaq.
Turan