-
- 20-05-2023, 12:31
- 1 712
Uşaqları qamçı ilə döyən müəllim haqda İLGİNC FAKTLAR
Xəbər verdiyimiz kimi, Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsini əks etdirən görüntülər sosial şəbəkədə geniş yayılıb. Sözügedən kadrların "Xəmsə" tədris mərkəzində lentə alındığı bildirilir.
Yayılan videogörüntülərlə bağlı Sumqayıtda yerləşən "Xəmsə" tədris mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva News24.az-a bildirdi ki, həmin müəllim pandemiya dövründə kursda çalışıb:
"Bu görüntülərdən xəbərimiz olmayıb, biz də yeni görmüşük. Elşad Qurbanov kursumuzda riyaziyyat fənnini tədris edib. O, pandemiya zamanı bizdən otaq icarəyə götürüb. Bu müddət ərzində heç bir valideyndən şikayət daxil olmayıb. Həmçinin həmin valideynlərlə bizim əlaqəmiz olmayıb. Çünki Elşad Qurbanov kursun müəllimi deyil. Biz otağı pandemiya vaxtı ona vermişik. Qapanmalar zamanı tədrisə müəyyən icazələr olub, sözügedən müəllim də həmin vaxt şagird hazırlaşdırıb".
"Hər kəs sizdən belə asanlıqla otaq icarəyə götürə bilərmi?" sualımıza isə cavab belə oldu: "Bu, onun öz işidir, əgər bizə icarə pulunu verə bilirsə, müəllimdirsə, burada qeyri-adi heç nə yoxdur. Təhsil alıb və diplomu var".
Qeyd edək ki, videoda müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.
Aynurə