Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
    • 20-05-2023, 19:13
    • 313

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

News24.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.