Səudiyyə Ərəbistanının şimalına qar yağıb - FOTO
    • 18-02-2019, 15:28
    • 762

Səudiyyə Ərəbistanının şimalına qar yağıb - FOTO

Səudiyyə Ərəbistanın şimalındakı Cəbəl əl-Lauz dağlıq rayonunda qar yağıb.

Yerli sakinlər artıq kirşələrin, xizəklərin kirayəyə verilməsi üzrə məntəqələr də açıb.
Sosial şəbəkələrdə yayılmış şəkillərdə ənənəvi uzun köynəklərdə və baş geyimində olan bədəvilərin əldəqayırma xizəklərlə sürüşdüyü, hətta yarışlar keçirdiyi görünür. Uşaqlar da qardan müxtəlif fiqurlar düzəldir, qartopu oynayırlar.
Dəniz səviyyəsindən 2,5 min metr yüksəklikdə yerləşən Cəbəl əl-Lauz rayonunda oxşar vəziyyət ikinci ildir təkrar olunur.