Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür
    • 13-11-2018, 17:23
    • 1 164

Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür

Səudiyyə Ərəbistanı Camal Qaşıqçıcinayətindən sonra İstanbuldakı Baş Konsulluğunun binasını başqa yerə köçürür.

İHA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun köçürülməsi barədə XİN-ə müraciət etmədiyi də vurğulanıb.
Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır. 

//Report