Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Xaçmazda TAPILDI
    • 22-05-2023, 15:22
    • 701

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Xaçmazda TAPILDI

Tovuzda itkin düşən 13 yaşlı Tağıyeva Əfsanə Mətləb qızı tapılıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, - E.Qasımov qeyd edib.

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyevanın may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı ilə bağlı məlumat yayılmışdı.

Nilay