Paşinyandan əsir hərbçilərimizlə bağlı MÜHÜM AÇIQLAMA - Ən qısa zamanda...
    • 22-05-2023, 15:39
    • 473

Paşinyandan əsir hərbçilərimizlə bağlı MÜHÜM AÇIQLAMA - Ən qısa zamanda...

“Hazırda Ermənistanda itmiş azərbaycanlı yoxdur”.

News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Ermənistanın sərhədi keçən iki azərbaycanlı hərbçini geri qaytara biləcəyini istisna edib-etməməsi sualına cavab verərək, bunu yalnız hüquqi prosedurlardan keçdikdən sonra müzakirə etməyə hazır olduğunu bildirib.

“Azmış və qarşı tərəfə düşən hərbçilərin və vətəndaşların sadələşdirilmiş qaydada geri qaytarılmalı olduğu anlayışı var. Təbii ki, biz heç kimin təqsirsizlik prezumpsiyasını pozmuruq. Münasibətlərin tənzimlənməsi çox mühüm və mürəkkəb qərarların qəbulunu nəzərdə tutur, lakin bu, birtərəfli ola bilməz”, - Ermənistanın baş naziri əlavə edib.

Paşinyan azaraq Ermənistan tərəfə keçən hər bir Azərbaycan vətəndaşının ən qısa zamanda sadələşdirilmiş qaydada Azərbaycana qaytarılacağını bildirib.

Xatırladaq ki, aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Dumanlı hava şəraitində Ermənistana keçən hərbçilərimiz əsir götürülüb. Onlar 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və 2003-cü il təvəllüdlü Axundov Hüseyndir. Ermənistan hüquq-mühafizə orqanları ağlasığmaz iddialar irəli sürərək, onları həbsə atıb. Həmçinin onlar saxlanılarkən vəhşicəsinə döyülüblər.

Turan