-
- 22-05-2023, 16:42
- 344
DİN-dən nazirlik əməkdaşının güllənməsi ilə bağlı MÜHÜM AÇIQLAMA: "İlkin baxışda..."
Daxili İşlər Nazirliyi (DİN) Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına odlu silahdan atəş açılması barədə məlumata münasibət bildirib.
News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Qeyd olunub ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə nə də geyimində hər hansı bir odlu silah aşkarlanmayıb: "Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".