SOS: Bu brendlərdən geyinməyin! - Xərçəng yaradır
    • 22-05-2023, 17:13
    • 306

SOS: Bu brendlərdən geyinməyin! - Xərçəng yaradır

Amerika Ətraf Mühitin Sağlamlığı Mərkəzinin (CEH) mütəxəssisləri məşhur brendlərin idman avadanlıqlarında təhlükəli maddələr aşkar ediblər.

News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, "Adidas", "Nike", "Patagonia", "Champion", "Sweaty Betti", "Athleta", "Kohl's" və "Fabletics" markalarının geyimlərində Bisfenol A (BPA) təhlükəli səviyyədədir. Bu, yüksək qan təzyiqinə, həmçinin ürək xəstəliklərinə, xərçəngə, sonsuzluğa və piylənməyə səbəb olan sənaye kimyəvi maddəsidir.

"BPA-nın təhlükələri çoxdan məlumdur. Onun kiçik bir dozasını ağızdan və dəri vasitəsilə qəbul etdikdə, onlar birlikdə böyük bir doza əmələ gətirirlər. Mən BPA-nın aşağı dozalarının dölün inkişafına təsirini öyrəndim. Hətta aşağı səviyyəli dozasına məruz qalmaq piylənmə, diabet, davranış problemləri və xərçəng riskini artırır", - Tafts Universiteti Tibb Fakültəsinin professor-immunoloq Ana Soto bildirib.

Tədqiqatçılar istehsalçıları məhkəməyə verdilər, çünki yuxarıda adı çəkilən pərakəndə satıcıların paltarlarında BPA səviyyəsi təhlükəsiz dozadan ən azı 40 dəfə çoxdur. Mütəxəssislər bu şirkətlərin idman avadanlıqlarını məşqdən dərhal sonra çıxarmağı məsləhət görüblər./publika.az/