Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da
    • 18-02-2019, 17:36
    • 701

Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da

Sambo üzrə Azərbaycanın yeddiqat çempionu, Dünya Kubokunun qalibi Bəxtiyar Abbasov dünyanın ən güclü turniri olan UFC-də (Ultimate Fighting Championship) çıxış edə bilər.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a idmançının özü məlumat verib. O, bununla əlaqədar olaraq ABŞ-a getdiyini açıqlayıb.

“Hazırda Mayamidə toplanışdayam. Təşkilatçılar istəyir ki, mən 77 kq çəki dərəcəsində döyüşüm. Özüm isə 84 kq çəki dərəcəsində döyüşlərə çıxıram. Ona görə də istəyirlər ki, çəkimi aşağı salım. Amma əvvəl üç dəfə çəkimi 77 kq-a salsam da, özümü yaxşı hiss etməmişəm və uduzmuşam. Bununla belə mənə deyiblər ki, gəl, danışaq. Ona görə də buradayam. Bir həftəyə mənim UFC ilə müqavilə bağlayıb-bağlamamağım bilinəcək”, - deyə idmançı vurğulayıb.

Onu da bildirək ki, UFC-də bu vaxta kimi heç bir azərbaycanlı döyüşməyib.