Sinan Oğan rəsmən qərarını AÇIQLADI - Bu namizədi dəstəkləyəcək
    • 22-05-2023, 18:30
    • 617

Sinan Oğan rəsmən qərarını AÇIQLADI - Bu namizədi dəstəkləyəcək

“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.