Son 24 saat ərzində ən aşağı temperatur bu şəhərdə qeydə alındı
Dünya
Yakutiyada 24 saat ərzində Yer üzündə ən aşağı temperatur qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Rusiya Federal Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Pokrovsk şəhərində termometrlərin göstəriciləri -51,7 dərəcəyə düşüb. Bu da son 24 saat ərzində Yer üzündə qeydə alınan ən aşağı temperaturdur.