Ukraynadan uğurlu həmlə: Baxmutda durum dəyişir
    • 22-05-2023, 21:53
    • 309

Ukraynadan uğurlu həmlə: Baxmutda durum dəyişir

“Rusiya qoşunlarının həm Baxmut, həm də ətrafında gələcək perspektivləri yoxdur”.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Ekspert Baxmutu “ələ keçirdiklərini” iddia edən rusların bu istiqamətdə acınacaqlı durumda olduqlarını bildirib:

“Rusiya işğalçı qüvvələri 0504 nömrəli marşrut üzrə şəhərin giriş qapılarına nəzarət etmirlər. Əgər giriş qapılarına nəzarət etmirsinizsə, şəhərin tam ələ keçirilməsindən danışa bilərsinizmi?”

Eyni zamanda, Kovalenko əlavə edib ki, Baxmutun şimal və cənubunda ukraynalı döyüşçülərin strateji yüksəkliklərə nəzarəti bərpa etməsi səbəbindən Rusiyanın mövqelərinə intensiv atəş bərpa olunub. Ekspert indi şəhərdəki “Vaqner” bölmələrinin açıq hədəf olduqlarını iddia edib.

Kovalenko Ukrayna qüvvələrinin kanal boyunca cənuba doğru irəliləməyə davam etdiklərini də söyləyib. Onun iddiasına görə, Ukrayna ordusu Berxov su anbarı ərazisində nəzarət edilən sahəni genişləndirir.

Ekspertin fikrincə, rus qoşunları arasında çıxılmaz vəziyyət yaranır.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bundan əvvəl bildirib ki, Silahlı Qüvvələr Baxmutun kiçik bir hissəsinə nəzarət edir. Eyni zamanda, ukraynalı hərbçilər Baxmut şəhərindən yeni videogörüntü paylaşıblar.