-
- 23-05-2023, 10:37
- 824
Nikol 8 kəndi qaytarır, İrəvanın bu ərazi ilə əlaqəsi kəsilir - Sülh prosesində VACİB DETAL
“Bu xəritələr əsasında biz müstəqillik əldə etdik. Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Ermənistan-Gürcüstan dövlətlərarası yolunun keçdiyi Tavuşun 7 kəndi, eləcə də hazırda ermənilərin yaşadığı Tiqranaşen (Kərki – Red.) daxil deyil. 70-ci illərin xəritəsi ilə delimitasiya və demarkasiya işlərinin aparılması bu kəndlərin Azərbaycana qaytarılması deməkdir”.
News24.az xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan deyib.
“70-ci illərin xəritəsi ilə delimitasiya və demarkasiya işlərinin aparılması və ya Paşinyanın dediyi kimi, “1975-ci ilin xəritələri əsasında və həmin xəritələrdə qeydə alınan güzgüvari şəkildə sərhəd xəttindən qoşunların çıxarılması” anklavların geri qaytarılması deməkdir.
Erməni kartoqraf baş nazir Nikol Paşinyanın irəli sürdüyü “Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir” iddiasını təkrarlayıb. O iddia edib ki, “Berkaber (Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala), Paravakar (Tatlı) kəndləri Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın “nəzarətinə keçib”.
“Anklavların ümumiyyətlə sərhədlərlə heç bir əlaqəsi yoxdur, onlar Ermənistanın daxilində yerləşirlər, deməli, bizimdir. Anklavların niyə verilməsi ilə bağlı fakt, sənəd yoxdur. Moskva qərar verdi, xəritədə çəkildi, bu qədər. Sovet İttifaqının xəritələrində bəli, anklavların Azərbaycana aid olduğu göstərilir, amma mən onların Azərbaycana aid ola bilməyəcəyini iddia edirəm, çünki onlar bizim ərazimizdədir. Tiqranaşen (Kərki – Red.) bizim olmalıdır, versələr, İrəvanın Cənubi Ermənistanla əlaqəsi kəsiləcək”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh sazişinin imzalanmasından sonra ərazilərin mübadiləsinin aparılacağını istisna etməyib. O bildirib ki, Azərbaycan ərazisi 86,6 min kvadratmetrdir ki, anklavlar da bura daxildir.
“Anklavlar 86,6 min kv.km əraziyə daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsi müzakirə olunmalıdır", - baş nazir bildirib. Paşinyan Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib.
Turan