-
- 9-05-2023, 11:11
- 9 354
İrəvanın Bakıdan istədiyi ərazilərlə bağlı TARİXİ FAKTLAR
Paşinyan “Azadlıq radiosu”na müsahibəsində 8 kəndi – Qazaxın 7 kədi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib. Erməni baş nazir şərt irəli sürüb ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir. Nikolun iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri Azərbaycanın nəzarətindədir”.
News24.az Paşinyanın adını açıqladığı 4 kəndlə bağlı tarixi faktları təqdim edir:
Berbaker kəndi - əsl adı Bibişdir. Kənd 25.01.1978-ci ildən Berkaber adlanır. Qədim adı Coğaz olan Bibiş kəndində 1988-89-cu illərdə azərbaycanlılar yaşayıb. Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız deportasiyaya məruz qalıblar. Son 30 ildə erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tutub.
Vazaşen – əsl adı Lələkənd: qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) yerləşir. 1935-ci ildə kənd Laləkənd (sonra Laləqyux), daha sonra ermənicə Vazaşen adlandırılıb. Ehtimal ki, türk dillərində aşiq, açıqlıq, düzən, ya da aska alınmaz qayalı dağ sözündəndir. Monqol dilində asqa daş (qaya parçaları) səpintisi, qırğız dilində aska qaya mənasındadır. 1590-cı ilə aid türkcə mənbədə adı keçir.
Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonundayerləşir. Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. Toponim Azərbaycan dilində “böyük, geniş” mənasında işlənən uzun sözü ilə “meşə ortasında açıqlıq yer” mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlib. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Paravakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib; Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Ağstafa rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tutublar.
Turan