Azərbaycanda hotel qiymətləri artacaq — VİDEO
    • 23-05-2023, 10:40
    • 231

Azərbaycanda hotel qiymətləri artacaq — VİDEO

Azərbaycanda hotel qiymətlərində artım müşahidə edilir.

Belə ki, Şəkidə iki nəfərlik nömrənin bir günlük qiyməti, 120-200 manat, Şabranda 160-315 manat, Lənkəranda 200-310 manat, Qubada 305-325 manat, Şamaxıda isə 220-340 manatdır.

Qəbələdə isə iki nəfər bir hoteldə 3 gün qalmaq üçün 8000 manat ödəməlidir.

Hotellərdən verilən məlumata görə, bu qiymətlər hazırda yay ayları üçün nömrə bron etmək istəyənlərə təklif edilir və iyul avqust aylarında bu qiymətlərin 20-40 manat bahalaşması gözlənilir.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: