Ərdoğan nə qədər səs alacaq? - Sorğuda SON NƏTİCƏLƏR
    • 23-05-2023, 11:12
    • 498

Ərdoğan nə qədər səs alacaq? - Sorğuda SON NƏTİCƏLƏR

“Özdemir" Araşdırma Mərkəzinin sorğusuna əsasən, seçicilərin 54%-dən çoxu seçkilərin ikinci turunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırdır.

News24.az
xəbər verir ki, mayın 18-22-də aparılan araşdırmada 6 min insan iştirak edib.

"Özdemir" Araşdırma Mərkəzi “Twitter” səhifəsində bildirib ki, respondentlərin 54,12 faizi Rəcəb Tayyib Ərdoğana, 45,88 faizi Kamal Kılıçdaroğluna səs verməyə hazırdır.

Mərkəz seçkilərin birinci turu öncəsi dərc etdiyi sorğu nəticələrini kifayət qədər dəqiq proqnozlaşdırıb: Ərdoğan 48,4%, Kılıçdaroğlu 45,2%. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda səslərin 49,52 faizini, onun “Millət İttifaqı”ndan olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. ATA ittifaqından Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan dünən mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb. Birinci turda Oğanı seçicilərin 5%-dən çoxu dəstəkləyib.

Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Qalib gəlmək üçün namizəd 50 faizdən çox toplamalıdır. Şənbə günü artıq Türkiyənin xarici nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə başlayıb.

Turan