-
- 18-02-2019, 18:15
- 959
Suraxanıda uşaqlarına əzab verən ana barədə AÇIQLAMA
Sosial şəbəkələrdə Suraxanı rayonu 169 saylı məktəbin 1-ci sinif şagirdi Ruslan Əhmədovun anası tərəfindən qəddarca döyülməsi barədə xəbərlər yayılıb.
Bundan başqa, Ruslanın 5-ci sinifdə oxuyan qardaşının da anasının əzablarından bezdiyi və tez-tez intihar məktubu yazdığı bildirilib. Məktublarda uşaq anası ilə yaşamaq istəmədiyini, əks təqdirdə özünü öldürəcəyini yazıb.
Verilən məlumatlara görə anası dabankeşlə Ruslanın ayaqlarına o qədər vurub ki, uşaq ağrıdan məktəbdə otura bilməyib. Ertəsi gün isə məktəbə gələrkən üzündə yanıq izləri aşkarlanıb. Anası bu dəfə bıçağı isidərək, onun üzünə dağ basıb.
News24.Az bununla bağlı "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə ilə əlaqə saxlayıb. K. Ağazadə məlumatı təstiqləyib:
"Bu barədə məlumat alan kimi Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Məlumatı alan kimi həddi-buluğa çatmamış uşaqların müdafiəsini üzrə komissiyanın üzvləri olayı nəzarətə götürərək, araşdırma apardılar. Sözügedən ana və uşaqları sorğuya cəlb ediliblər. Onu deyə bilərəm ki, ancaq uşağın üzündəki yanıq izləri aşkar edilib. Ana bildirib ki, o iz yanıq izi deyil. Uşaq söyüş söydüyü üçün hirslənib və tərbiyələndirmək məqsədilə xətkeşlə üzünə vurub. Uşaqda başqa döyülmə izləri aşkarlanmayıb".
K. Ağazadə bildirib ki, Ruslanın üzündəki izlə bağlı bu gün tibbi ekspertiza rəy verəcək. "Ekspert rəyindən sonra hər şey aydın olacaq. Uşaqlarla psixoloq söhbət edib. Sorğuya ana ilə birgə psixoloq, uşaq inspektoru, sinif rəhbəri, məktəbin pedaqoqları cəlb ediliblər".
//News24.AZ