-
- 18-02-2019, 18:12
- 814
Ombudsmanla Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri arasında görüş keçirilib
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına Ermənistanın hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının daha etibarlı təmin olunması məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının səylərinin birləşdirilməsi Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) daim diqqət mərkəzində saxlanılır.
News24.az xəbər verir ki, Ombudsman təsisatında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni seçilmiş İdarə Heyətinin sədri Tural Gəncəliyev, millət vəkili Flora Qasımova və icmanın digər üzvləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi gələcək əməkdaşlıq perspektivləri və keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olub.
Müvəkkil Elmira Süleymanova bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixində ən faciəli münaqişələrdən biri kimi tanınır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində respublikamızın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ombudsman tərəfindən müntəzəm olaraq həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər həyata keçirilır.
Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının ləyaqətlə öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgəyaşayışı nəzərdə tutulur və bu yanaşma tərəflər arasında münasibətlərin nizama salınması, sülhə nail olunmasına təkan verən əsas amildir.
Bununla yanaşı Xocalı soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı törədilmiş zorakılıqlarla bağlı Müvəkkil tərəfindən 125-dən çox bəyanatlar verilmiş və həmin bəyanatlar BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlanmışdır.
Müntəzəm olaraq, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə baş çəkilir, onların vəziyyəti, yaşayış şəraiti ilə tanış olunur, habelə çətinlikləri öyrənilir. Bu görüşlər zamanı aşkar edilən sosial, təhsil, tibb və digər sahələrdəki problemlərin aradan qaldırılması məqsədi ilə səlahiyyətli dövlət orqanları ilə birgə tədbirlər həyata keçirilir.
T.Gəncəliyev adı çəkilən İctimai Birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və erməni separatizminin beynəlxalq səviyyədə tanınması, məcburi köçkünlərin hüquqlarının qorunması üzrə dövlətdaxili və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin bu istiqamətdə ölkə Ombudmanının insan hüquqları üzrə innovativ təşəbbüsləri, yüksək nəzəri və praktik bilgiləri ilə seçildiyini nəzərə alaraq, icmanın gələcək fəaliyyətində onun təcrübəsindən faydalanılacağını bildirib.
Millət vəkili Flora Qasımova ölkəmizin xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin əsas götürüldüyünü xüsusi vurğulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəratində davam etdirilib, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası istiqamətində səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.