
-
- Dünən, 11:43
- 240
Kiyevin son ümidi: Türkiyə hərbçiləri sərhədə gəlir? - ŞOK AÇIQLAMA
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəni ölkəsinin təhlükəsizlik zəmanətlərində mühüm tərəfdaş kimi gördüyünü bildirib.
News24.az xəbər verir ki, Zelenski Kiyevin Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazır olduğunu da vurğulayıb.
ABŞ-nin təzyiqi ilə Rusiya ilə atəşkəsi qəbul edən və ölkəsinin dəyərli mədənlərini ABŞ-yə təhvil verən Zelenski Tramp administrasiyasına etibar etmədiyi üçün Avropa ilə birlikdə NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə üz tutur.
Zelenski ABŞ-nin Rusiya ilə sülh danışıqlarına dəvət etməməsi səbəbindən ilk dayanacaqlarından biri kimi Türkiyə seçib. O, Türkiyə hərbçilərinin Ukrayna sərhədini qoruya biləcəyinin siqnalını verib. Buna cavab olaraq, Türkiyə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini vurğulayıb.
Lakin Rusiyanın 2022-ci ildə Ukraynanı işğalından sonra Türkiyə, Moskva və Kiyev arasında həssas bir balans siyasəti yürüdür. Türkiyə Ukraynaya hərbi dəstəyini davam etdirərkən, Rusiya əleyhinə Qərb sanksiyalarına qoşulmur.
Bu səbəbdən, NATO müttəfiqi olan Türkiyə hər iki tərəf üçün də etibarlı vasitəçi halına gəlib. Avropa ölkələri Ukrayna üçün mümkün bir atəşkəs razılaşmasında güclü təhlükəsizlik təminatları verməyə çalışır.
Bu məsələdə Ukraynanı PUA, zirehli vasitələr və silahla təmin edən Türkiyə dövlət və özəl təşkilatları ilə Ukraynanın əhəmiyyətli dəstəkçisi olub. Türkiyə tikinti şirkətlərinin Ukraynanın yenidən qurulması üçün sərmayələr qoyacağı da bilinir.
Zelenski Kiyevdə Türkiyənin ticarət naziri Ömər Bolat və kənd təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb. Türkiyə şirkətlərinin Ukraynanın yenidən qurulmasına qatılması ilə əlaqədar olaraq Zelenski deyib ki, "Türkiyə iş dünyasının Ukraynadakı mövcudiyyəti bizim üçün vacibdir". "Türkiyənin dəstəyinə və xüsusilə "Bayraktar" pilotsuz təyyarələrinin təmin edilməsinə minnətdarıq. Ukrayna təhlükəsizlik zəmanətləri baxımından Türkiyəni strateji tərəfdaş kimi görür və prezident Ərdoğanın qarşıdakı səfəri zamanı azad ticarət sazişini ratifikasiya etməyə hazırdır”, - Zelenski bildirib.
Aynurə