Ağdamda xan nəslinə aid 30-dan artıq qəbir tapıldı
    • 23-05-2023, 15:51
    • 275

Ağdamda xan nəslinə aid 30-dan artıq qəbir tapıldı

Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir tapılıb.

News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, arxeoloqlar 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyir.

“Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir tapılıb. Qalanlarının çıxarılması istiqamətində işlər davam etdirilir”, - deyə A.Seyidov qeyd edib.