-
- 23-05-2023, 16:48
- 297
Oğanın müttəfiqləri Kılıçdaroğlunu dəstəkləyəcək
İlk turda ATA İtiffaqının namizədi kimi mübarizə aparan Sinan Oğan dünən ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqladıqdan sonra, bloka daxil olan siyasi partiyalar və onların simaları Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini bəyan eidblər.
News24.az xəbər verir ki, Kılıçdaroğlu “Twitter” hesabında “Bu gözəl ölkəni kimin satdığı bəllidir” sözlərini yazıb və ilk turda səs verməyən 8 milyon insanı bu dəfə səs verməyə dəvət edib.
Dünən “Zəfər” Partiyasının lideri Ümit Özdağın Oğanla razılaşmadığı ortaya çıxıb. Kılıçdaroğlu ilə görüşən Özdağ Ərdoğanla razılaşmadığını və bu gün açıqlama verəcəyini bildirib. Ədalət Partiyası da müxalifətin namizədi Kılıçdaroğluna dəstək verəcəyini açıqlayıb. Partiya sədri Veydət Öz ittifaqdakı əməkdaşlığa son qoyulduğunu və “hökumət dəstəyinin onların planlarına daxil olmadığını” bildirib.
Xatırladaq ki, prezident seçkilərinin ilk turunda 2 milyon 831 min 239 səs (5,17 faiz) toplayan Sinan Oğan dünən mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlamışdı.
Turan