Türkiyə parlamentində dava - Video

Türkiyə parlamentində dava - Video Dünya

Türkiyə parlamentində ölkə büdcəsinin müzakirəsi zamanı dava baş verib.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, insident CHP partiyasının sədr müavini Murat Əmirin AK Partiyasının deputatı Mustafa Varanka hücum etməsi ilə başlayıb.

Münaqişə qısa müddətdə hər iki partiyadan olan digər millət vəkillərinin də qoşulduğu kütləvi davaya çevrilib.

Dava həmkarların müdaxiləsi nəticəsində dayandırılıb.

Hadisəyə baxmayaraq, mərkəzi hökumətin 2026-cı il büdcəsi haqqında qanun layihəsi və 2024-cü il üzrə yekun hesabatla bağlı qanun layihəsi qəbul edilib. Layihənin lehinə 320 deputat, əleyhinə isə 249 deputat səs verib.