ÜST yeni ölümcül pandemiyaya hazır olmağa ÇAĞIRDI
    • 24-05-2023, 10:29
    • 184

ÜST yeni ölümcül pandemiyaya hazır olmağa ÇAĞIRDI

COVID-dən daha təhlükəli olan yeni bir pandemiyanı istisna etmək olmaz.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən təşkilatın illik assambleyasında deyib.

"Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir variantın [COVID] ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin ortaya çıxması təhlükəsi var" - deyə təşkilatın baş direktoru bildirib.

Tedros Qebreyesus həmçinin bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.