"Mir Mövsüm ağanın məzarını ziyarət etmək şirk deyil" - VİDEOREPORTAJ
    • 24-05-2023, 14:59
    • 1 237

"Mir Mövsüm ağanın məzarını ziyarət etmək şirk deyil" - VİDEOREPORTAJ

"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi. 

Bir çox insanların inanc yeri olan bu məkan Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidə yerləşir. 

Kompleks hər gün minlərlə insan tərəfindən ziyarət edilir. "Mir Mövsüm Ağa" ziyarətgah kompleksinin inşası 1992-ci ildə ziyarətgahın sədri Hacı Nizam Həbiboğlunun təşəbbüsü ilə başlayıb. 

O vaxta qədər isə ziyarətgah göy rənglə rənglənmiş məzardan və təxminən yarım metr hündürlüyündə olan divardan ibarət olub. 
Kompleksin tikintisi zamanı texnikadan istifadə edilməyib. Bütün işlər əl əməyi ilə görülüb. Buna səbəb isə ziyarətgahın qəbristanlıq ərazisində yerləşməsi olub. 

Bu gün ziyarətgahın himayəsində 800-dən artıq imkansız ailə var. Kompleksə gətirilən nəzirlər hesabına həmin ailələrə yardım edilir. 

News24.az "Mir Mövsüm Ağa" ziyarətgah kompleksindən olan süjeti təqdim edir: