Kürdə batan azyaşlının axtarışları davam edir - YENİLƏNDİ
    • 24-05-2023, 19:42
    • 204

Kürdə batan azyaşlının axtarışları davam edir - YENİLƏNDİ

Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlunun axtarışları davam edir.

Artıq bir neçə saatdır FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.

Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır. 

***

Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlı batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.