Ağcabədidə çayda batan şəxsin meyiti tapılıb
    • 2-09-2022, 00:30
    • 568

Ağcabədidə çayda batan şəxsin meyiti tapılıb

Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


19:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.