-
- 25-05-2023, 15:07
- 286
Əliyev və Paşinyan Qarabağla bağlı bu iki sənədi imzalayacaq
“Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bugünkü danışıqlar nəticəsində ən azı iki üçtərəfli sənəd imzalanacağını gözlənilir”.
News24.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, sənədlərdən biri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 2020-ci ilin noyabrından bəri beşinci üçtərəfli bəyanatı olacaq, ikinci sənəddə isə Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasına toxunulacaq.
“Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Rusiya paytaxtında toplaşıb. Onlar regionda iqtisadi-nəqliyyat əlaqələri prosesini yerindən “tərpətmək” üçün daha bir cəhd ediblər. Sammitin nəticəsi olaraq Moskvada ümid edilir ki, ən azı iki sənəd qəbul edilməlidir”, - nəşr yazır.
“Kommersant” bildirir ki, son iki gündə Ermənistan, Rusiya və Azərbaycan nümayəndə heyətləri fəal danışıqlara cəlb olunub: “Görüş öncəsi koordinasiya mayın 24-də bütün gün davam edib. Biri Baş nazirin müavinləri tərəfindən hazırlanıb - nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında. Digəri - Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı üç ölkənin xarici işlər nazirlikləri tərəfindən cilalanıb”.
Turan