Üçtərəfli görüşdə bu razılaşmalar olacaq - Putin ELAN ETDİ
    • 25-05-2023, 17:53
    • 295

Üçtərəfli görüşdə bu razılaşmalar olacaq - Putin ELAN ETDİ

Rusiya Prezidenti Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla görüşdə razılıq əldə etməyə ümid edir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

“Əliyev və Paşinyanla bu gün keçiriləcək üçtərəfli görüşdə iqtisadi inkişafın maraqlarına uyğun razılaşmalar olacaq. Ermənistan və Azərbaycan arasında müvafiq razılaşmaların, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə əldə oluna biləcəyini deməyə əsas verən şərtlər var. Bu gün üçtərəfli görüşdə, mənə elə gəlir ki, biz bütün bunları müzakirə edə bilərik. Ümid edirəm ki, biz həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə iqtisadi inkişaf sahəsində - nəyin tamamilə aydın olduğu barədə razılığa gəlmək mümkün olacaq”, - Putin qeyd edib.

Turan