Qazaxıstan heç bir ittifaq dövlətinə qoşulmur - Tokayev
    • 26-05-2023, 10:32
    • 167

Qazaxıstan heç bir ittifaq dövlətinə qoşulmur - Tokayev

Qazaxıstan heç bir ittifaq dövləti yaratmağı və ya mövcud olanlara qoşulmağı planlaşdırmır.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Ruslan Jeldibay bildirib.

“Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunun tədbiri zamanı dövlət başçısı hazırda geniş müzakirə olunan bir sıra bəyanatlar verdi. Prezidentin əsas mesajı Aİİ çərçivəsində inteqrasiyanın yalnız iqtisadi yolla getməsi ilə bağlıdır. Tokayev vurğulayıb ki, bu çərçivədən kənara çıxmaq Aİİ-nin nizamnamə sənədlərinin məqsəd və vəzifələrini pozacaq. Qazaxıstan heç bir müttəfiq dövlət yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır”, - Tokayevin sözçüsü qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Aİİ ardıcıl olaraq çoxqütblü dünyanın mərkəzlərindən biri kimi yaradılır. Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında iştirakçı ölkələri vahid rəqəmsal ekosistem formalaşdırmağa dəvət edib.

Turan