-
- 26-05-2023, 10:53
- 403
ABŞ-dan Moskvadakı üçtərəfli görüşə REAKSİYA
ABŞ Dövlət Departamenti Bakı və İrəvanı qalan mübahisəli məsələlərdə razılığa gəlməyə təşviq etməkdə davam edir.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Miller qeyd edib ki, iki ölkə liderləri arasında danışıqların sonuncu raundu Moskvada baş tutub, lakin ABŞ üçün bu danışıqlar prioritet olaraq qalır.
O xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken mayın əvvəlində Vaşinqtonda hər iki tərəfin nümayəndələri ilə görüşüb, danışıqlar Brüsseldə davam etdirilib və ABŞ onları dəstəkləməkdə davam edir. “Əvvəlcə qeyd edildiyi kimi, biz yaxın gələcəkdə tərəflər arasında razılığın əldə oluna biləcəyinə inanırıq və biz tərəfləri birgə işləməyə təşviq etməyə davam edirik”, - Miller deyib.
ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan nümayəndələri arasında yeni yüksək səviyyəli görüşlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala o cavab verib ki, hələlik yeni görüşlər nəzərdə tutulmayıb.
Xatırladaq ki, mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar olub.
Turan