720 manata dövlət maşını satılır
    • 24-07-2018, 12:29
    • 1 620

720 manata dövlət maşını satılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, avtomobillər bir sıra dövlət qurumlarına aiddir. 

Onlar arasında ilkin qiyməti 720 manat təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsus, buraxılış ili 1994-cü il olan “QAZ-31029”, dəyəri 3525 manat təşkil edən Mərkəzi Banka məxsus, 2004-cü il buraxılışlı  “Hyundai Sonata” və dəyəri 11250 manat təşkil edən “Mercedes Benz Sprinter 314” markalı avtomobillər var. 

Hərraca təklif edilən start qiyməti bir qədər bahalı olan avtomobillər, əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir. İdarənin iki avtomobili –  buraxılış illəri 2006-cı ilə aid olan iki “BMW 730” markalı avtomobil 16875-15750 manata hərraca çıxarılıb. 
Onu da qeyd edək ki, sözügedən qurumların avtomobilləri təkrar hərraca çıxarılıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan  nəqliyyat vasitəsi üçüncü dəfə 10% endirimlə, Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə təkrar hərraca təqdim edilib.