Elgiz Əkbər toyda adam DÖYÜB
    • 26-05-2023, 15:54
    • 767

Elgiz Əkbər toyda adam DÖYÜB

Aparıcı Elgiz Əkbər toyda adam döydüyünü etiraf edib.

News24.az olay-a istinadən xəbər verir ki, o, TikTok canlı yayımında aparıcısı olduğu toyda onu narahat edən şəxsi döydüyü barədə danışıb:

“Balaca boy, qarınlı bir kişi idi. Hara gedirəm, arxamca gəlirdi. Mənə deyirdi ki, “Hə, nə oldu?”. Axırıncı dəfə mənə yaxınlaşıb nə desə, yaxşıdır?: “Verdiyim pulun üstünə filan qədər qoydum, elə oxu ki, camaat ağlasın”. Mən guya “Ana” mahnısı oxumalıyam. İnanın, əsəbimdən əsirəm. Səbrimi sıxa bilmədim. Dedim “gəl bura, oxuyacam indi”. And olsun Allaha, bu kişinin qarnına yumruğu qoydum. Əsəbimdən bilmədim nə edirəm. Bəlkə də səhv etdim, etməməli idim. Yaxşı qurtardım hələ. Aparıcı toyda adam döyər?