-
- 27-05-2023, 11:34
- 283
İnsanlar üzərində dəhşətli təcrübələr aparılan laboratoriya tapıldı — FOTO
Çində arxeoloqlar yeraltı laboratoriya tapıblar. İkinci Dünya Müharibəsi zamanı yapon alimləri insanlar üzərində dəhşətli təcrübələr aparmaq üçün bu laboratiryadan istifadə ediblər.
News24.az xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, “dəhşət bunkeri” Çinin şimal-şərqində yerləşir. O, Heilongjiang əyalətinin Anda şəhəri yaxınlığında tapılıb.
Çinli arxeoloqlar tapıntını Yaponiya İmperator Ordusunun bədnam 731-ci dəstəsinin ən çox istifadə edilən böyük təlim poliqonu adlandırırlar. Bu dəstə üzvləri 1935-1945-ci illər arasında insanlar üzərində ən qəddar təcrübələrini həyata keçirdilər.
Tarixi qeydlər sübut edir ki, 731-ci dəstə Anda poliqonunda apardığı təcrübələr zamanı yeni bioloji silahları sınaqdan keçiriblər. Bunun üçün məhbusları ölümcül xəstəliklərə yoluxdurublar. Ən dəhşətli tədqiqatlardan bəziləri patogenlərin yayılmasına nəzarət etmək üçün nəzərdə tutulmuş yeraltı bunkerlərdə aparılıb.
Müharibədən sonra dəhşətli proqramda iştirak edən əsas fiqurlar, o cümlədən bir neçə yapon alimi həbsdən yaxa qurtara biliblər. Onlar tədqiqat nəticələrini davam etdirmək müqabilində ABŞ prokurorluğundan immunitet əldə ediblər.
Heilongjiang Mədəni Əmanətlər və Arxeologiya İnstitutunun tədqiqatçıları həmkarları ilə birlikdə qazıntı zamanı bir neçə metoddan istifadə ediblər. Nəticədə onlar müxtəlif tunel və kameralardan ibarət yeraltı obyekt aşkar ediblər.
Bunker U şəklindədir. Uzunluğu təxminən 33 metr, eni 20 metrdən çoxdur.
Otaqlar yeraltı tikilinin yan tərəflərində yerləşir. Onlardan biri dəyirmi formadadır və diametri 3 metrdir. Alimlər insanların patogenlər və ya kimyəvi maddələrə məruz qaldıqdan sonra müşahidə üçün oraya gətirildiyindən şübhələnirlər./azpost.info/