-
- 10-03-2023, 10:15
- 317
İki erkək siçanla nəsil artırdılar - İnsanlar üzərində də sınanacaq
Yapon alimləri iki erkək siçanla nəsil artırmağı bacarıblar.
News24.az xəbər verir ki, tədqiqatçılar siçanların genetik modifikasiyası ilə dəri hüceyrələrini yumurtaya çeviriblər.
Alimlər hüceyrələrdə cinsi təyin edən Y xromosomunu silməklə, onu qadın X xromosomu ilə cütləşdiriblər. Bunla da uğurla yumurta əldə edilib.
Yumurta başqa bir erkək siçanın köməyi ilə mayalanıb. Mütəxəssislər, kök hüceyrə üsulu ilə 7 sağlam körpə siçan əldə etdiklərini söyləyiblər.
Beləliklə, dişisi olmayan iki erkək siçan vasitəsilə nəsil artırılıb. Komanda indi bu texnikanı insanlar üzərində sınaqdan keçirməyə hazırlaşır.
Metodun 10 ildən sonra daha da inkişaf etdirilə biləcəyi və sonsuzluğun müalicəsində istifadə oluna biləcəyi bildirilir.
Bu şəkildə X xromosom çatışmazlığından qaynaqlanan 'Turner sindromu' da müalicə edilə bilər.
Lakin yapon alimləri insan hüceyrələrində uğur qazanmağın qat-qat çətin olduğunu vurğulayıblar. /NTV/
Teymur MƏMMƏDOV