ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
    • 20-02-2019, 10:34
    • 854

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər.

News24.az xəbər verir ki, bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistanın Xarici İşlər Nazirliyinin  mətbuat katibi Anna Naqdalyanın bildirdiyinə görə, həmsədrlərin Yerevana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşlər planlaşdırılır.

Vasitəçilər Yerevandan sonra Bakıya gələcəklər.