Tanınmış bloqeri maşın VURDU - FOTO
    • 30-05-2023, 11:09
    • 617

Tanınmış bloqeri maşın VURDU - FOTO

Ötən gün bloqer Adele Sergeenkovu maşın vurub.

News24.az
xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə öz instaqram səhifəsində məlumat verib.

Bloqer statusunda bunları qeyd edib:

“Bunu yazmağa qorxuram. Çünki yenidən hər şeyi təfərrüatı ilə xatırlamağa başlayıram. Hər şey təsəvvür edə biləcəyinizdən də pisdir. Məni  nə döyməyiblər, nə də yandırmayıblar. Məni maşın vurub. Bu, çox dəhşətli və qorxunc idi", deyə Sergeenkova şəxsi hesabında yazıb.

Bloqerin sözlərinə görə, qəza nəticəsində o, beş sınıq alıb. Onun bədənində çoxlu əziklər və çürüklər var. Onun çiyin əməliyyatına ehtiyacı var.

Qeyd edək ki, bloqer üç  uşaq anasıdır.

Aynurə