Müştəri manikür ustasını sinəsindən DİŞLƏDİ
    • 30-05-2023, 13:02
    • 658

Müştəri manikür ustasını sinəsindən DİŞLƏDİ

Tümen vilayətində maraqlı hadisə yaşanıb.

News24.az xəbər verir ki,  manikür ustasının yanına gələn gənc xanım onun sinəsindən dişləyib. Bu addımı atmasına səbəb isə manikür ustasının telefonunda keçmiş əri ilə yazışmasını görməsi olub. Qadın əvvəlcə onun üzünə yumruq vurub, sonra isə onun sinəsindən dişləyib.

Məhkəmədə təcavüzkar öz günahını boynuna almayaraq bildirib ki, usta əvvəlcə ona hücum edib, hətta müttəhimi boğmağa cəhd edib. O, keçmiş əri ilə ayrı yaşadığı üçün onu qısqanmadığını bildirib.

Lakin o, döyməkdə təqsirli bilinib və 5000 rubl cərimə olunub.

Aynurə