Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
    • 20-02-2019, 11:10
    • 1 640

Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq

Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.

News24.az
report-a istinadən xəbər verir ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.

Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də isə növbəti iş günüdür.