Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı
    • 30-05-2023, 13:34
    • 213

Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

News24.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.