-
- Bu gün, 02:25
- 86
2025-ci ilin rəqəmləri nələr vəd edir?
"Numerologiyada 2025-ci il 2+0+2+5 rəqəmlərinin cəmi olan 9 rəqəmi ilə əlaqələndirilir".
News24.az bildirir ki, bu sözləri numeroloq Şəhanə Sadıqlı Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 9 rəqəmi tamamlanmanı, transformasiyanı və bir dövrün sonunu təmsil edir:
"Yəni bunu köhnəni geridə buraxmaq və yeniliklərə yer açmaq ili kimi xarakterizə etmək olar. Bundan başqa, 9 rəqəmi humanitar dəyərlər, empatiya, qlobal düşüncə və ruhani inkişaf ilə əlaqələndirilir. 2025-ci ildə isə diqqət daha çox şəxsi və kollektiv transformasiya, başqalarına yardım və daxili harmoniyanın axtarışına yönələ bilər.
9 rəqəmi həm də insanlardan sabit olmayan enerji və emosiyaları buraxmağı tələb edə bilir. Çünki bu, yeni başlanğıclar üçün hazırlıq mərhələsidir. Bu il həm şəxsi həyatınızda, həm də dünya miqyasında dəyişiklik və yenidənqurma gətirə bilər".
Ekspert 9 rəqəminin enerjisi və onun gətirdiyi mesajlardan da söz açıb:
"Ümumiyyətlə, 9 bir dövrün sona çatdığını və yeni dövrün başlanmasının simvoludur. Bu isə o deməkdir ki, yeni il həyatınızda köhnə və xidmət etməyən şeyləri geridə buraxmaq üçün əhəmiyyətli bir mərhələ ola bilər. Bunu həm şəxsi, həm də kollektiv səviyyədə hiss edə bilərsiniz.
Həmçinin, 9 rəqəmi sevgini, şəfqəti və insanlığa xidməti də özündə ehtiva edir. 2025-ci il insanların fərdi maraqlarından daha geniş məqsədlər üçün çalışmasını tələb edə bilər. Xeyriyyəçiliyin, ictimai məsuliyyətin və başqalarına köməyin bu ilin əsas məqsədləri olması mümkündür".
Numeroloq qeyd edib ki, 2025-ci il daxili dünya ilə əlaqə qurmaq və ruhani inkişaf üçün ideal zamandır:
"Düşünürəm ki, bu il meditasiya, daxili sülh və keçmiş emosiyaları geridə buraxmağın əhəmiyyətini daha da artıracaq. Həmçinin, 9 rəqəminin enerjisi sizin üçün artıq mənalı olmayan işləri və layihələrdən imtina etməyi təşviq edir. Yeni başlanğıclar üçün ideal zamandır. Eyni zamanda, 2025-ci ildə münasibətlərinizdəki problemlər həll oluna bilər. Bu il həm də daxili dəyişikliklər üçün idealdır.
Yekun olaraq bildirim ki, 2025-ci il köhnəni arxada buraxıb yeniliyə yer açmaq, daha böyük kollektiv məqsədlərə töhfə vermək və ruhani yüksəlişi təşviq etmək ili olacaq".