-
- 30-05-2023, 16:41
- 265
“Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir”
“Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir”.
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Avropadan Qara dənizə, Orta Şərqdən Şimal Afrikaya qədər hər yerdə sabitliyi təmin etmək istəyir: “Biz xüsusilə ətrafımızda sabitliyin təmin olunması üçün soyuqqanlı mövqeyimizi davam etdirəcək, diplomatiya yolunu tutacağıq”.
Dövlət başçısı deyib ki, bundan sonra Türkiyənin digər ölkələrlə əlaqəsi daha da güclənəcək: “İnşallah, yaxın zamanda səfərlərimiz başlayacaq. Eyni zamanda dünya liderləri də ölkəmizə gələcəklər”.
Ərdoğan seçkilərdə iştirak edən hər kəsə, o cümlədən xaricdəki Türkiyə vətəndaşlarına təşəkkür edib: “Terror təşkilatlarının əli ilə siyasəti istiqamətləndirmək səyləri nəticəsiz qaldı. Seçkilərin qalibi türk demokratiyası və milləti oldu. Özünü bu torpaqlara aid hiss edən hər bir vətəndaşımız seçkilərin qalibidir”.