Bayram günü işçini işlətmək qanunidir?

Bayram günü işçini işlətmək qanunidir? Sosial

News24.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Bayram günü işə cəlb olunan şəxslərə pul verilir?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günü işə cəlb olunan şəxslərə 1 günlük əməkhaqqının 2 mislindən az olmayaraq, pul verilir.

Əgər işçi razıdırsa, işlədiyi bayram günlərinə istirahət günü verilə bilər. Əmək məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş gününün müddəti 1 saat qısaldılır”./hit.az