Cəlilabadda əkin sahəsində traktor aşıb, xəsarət alan var

Cəlilabadda əkin sahəsində traktor aşıb, xəsarət alan var Hadisə
Cəlilabad rayonunda əkin sahəsində traktor aşıb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Məmmədrzalı kəndində, əkin sahəsində baş verib.

Belə ki, əkin sahəsində iş görülərkən kənd sakini, 1978-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi traktoru aşırıb.

Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.