Şəmkirdə güclü külək: bəzi ərazilərə elektrik verilməsi dayandırılıb
    • 30-05-2023, 22:55
    • 357

Şəmkirdə güclü külək: bəzi ərazilərə elektrik verilməsi dayandırılıb

Şəmkirdə küləkli hava şəraiti səbəbindən bəzi ərazilərdə elektrik enerjisi verilməsində fasilələr yaranıb.

News24.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti müşahidə olunur.

Güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi küçə və prospektində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarında həmçinin Gəncə şəhərində küləkli və yağıntılı hava şəraiti davam edir.