Güclü külək Ağdamda evin daş hasarını uçurub - FOTO

Güclü külək Ağdamda evin daş hasarını uçurub - FOTO
QARABAĞ

6-03-2023, 22:01

Mətn ölçüsü

Ağdamda küləkli hava şəraiti fəsadlar törədib.

Külək rayonun Baharlı qəsəbəsindəki Məmmədova Məleykə İmran qızına məxsus evin daş hasarını uçurub.

Qəsəbədə yaşayan Allahverdiyev Dilənə məxsus evin isə dam örtüyü qopub. Hazırda rayonun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. /APA/