Bakının bu rayonunda SÖKÜNTÜ BAŞLADI
    • 31-05-2023, 13:34
    • 225

Bakının bu rayonunda SÖKÜNTÜ BAŞLADI

Paytaxtın Yasamal rayonu Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan evlərin yaxın vaxtlarda söküntüsünə başlanacaq.

News24.az xəbər verir ki, sözügedən ərazidə yaşayan 230 ailədən 175-i ilə razılıq əldə olunub. Kirayə mənzillərə köçən sakinlərə aylıq ödənişlər söküntü işləri aparacaq şirkət tərəfindən ödəniləcək.

Sakinlərin bəzisi onlara 350 AZN, bəzisi də 450 AZN kirayə pulu ayrıldığını deyib. 

Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik: