-
- Bu gün, 12:13
- 68
Gürcüstanın yeni XİN rəhbərinin namizədliyi açıqlandı – FOTO
Gürcüstanda hakimiyyətdə olan partiya parlament seçkilərindən sonra hökumətin formal olaraq yenidən işə başlaması prosesində xarici işlər nazirini əvəz etməyi planlaşdırır və bu vəzifəyə Maka Boçorişvilinin namizədliyi irəli sürülüb.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın “İnterpressnews” saytı məlumat yayıb.
Məlumata görə, baş nazir İrakli Kobaxidze xarici işlər naziri postuna Maki Boçorişvilinin namizədliyini irəli sürdüyünü açıqlayıb. O, həmçinin ədliyyə və ekologiya naziri vəzifəsinə namizədlərin adlarını açıqlayıb.
O əlavə edib ki, hazırda dəyişdirilən idarə rəisləri “dövlət qulluğunda digər rəhbər vəzifələrdə” fəaliyyətini davam etdirəcəklər.
Maka Boçorişvili 20 ilə yaxın Gürcüstan Xarici İşlər Nazirliyində və səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2015-17-ci illərdə o, Avstriyada səfir və ölkəsinin Vyanada ATƏT və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olub. 2018-2020-ci illərdə Boçorişvili Belçikada səfir olub, həmçinin Gürcüstanın Avropa İttifaqındakı nümayəndəliyinə rəhbərlik edib.
2020-ci ildə Boçorişvili “Gürcü arzusu”ndan parlamentə seçilib və deputat kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Gürcüstan müxalifəti seçkinin nəticələrini tanımır və parlamentin işini boykot etməyi planlaşdırır. Yeni parlamentin ilk iclası günü böyük etiraz aksiyası elan edilib. Etirazçılardan bəziləri bir gün əvvəl toplaşaraq gecəni Rustaveli prospektində keçiriblər.
Aynurə